"Karyerdə daş atıb 10 manat alırdım" - Siyavuş Novruzov
Milli Məclisin deputatı Siyavuş Novruzov müzakirəyə səbəb olan "Təhsil haqqını ödəyə bilməyən tələbə dərsdən sonra işləsin" açıqlaması barədə fikirini bildirib.
Nexeber.az xəbər verir ki bu barədə Unikal.org-a açıqlama verən S.Novruzov sözügedən açıqlamanın bu şəkildə müzakirəsinin yersiz olduğunu bildirib:
"Əslində, tələbənin işləməsində qəbahət yoxdur, əksinə, insanı zəhmətə alışdırır. Mən özüm tələbə vaxtı səhər saat 5-də durub Qaradağa karyerdə daş atmağa gedirdim.
Bir neçə saat işləyib 10 manat alıb gəlirdim. Həmin pulla tələbə yoldaşlarımla səhər yeməyi yeyirdik".