Qaxda 3 ton narkotik məhv edildi
Xaş-xaş 2021 şərti adı altında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Fıstıqlı və Əlibəyli kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Nexeber.az-a verilən məlumata görə, həmin kəndlərin ərazisindəki meşə massivindən ümumilikdə çəkisi 3 tona yaxın olan 14 550 ədəd çətənə kolu polislər tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.