Daha bir hərbçimiz şəhid oldu
Vətən Müharibəsi zamanı yaralanan daha bir hərbi qulluqçumuz şəhid olub.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, Füzuli rayonu ikinci Mahmudlu kəndində anadan olan 22 yaşlı çavuş Quluzadə Elşən Qulu oğlu 11 oktyabr 2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə başından güllə yarası almışdı.
27 gün komada qaldıqdan sonra ayılan Elşəni edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və o, bu gün şəhid olub.
Allah rəhmət eləsin!