Bakıda insan skeletinin kəllə və sümükləri aşkarlandı
Bakıda insan skeletinin kəllə və sümükləri aşkarlanıb.
Bu barədə Demedia.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 19-da paytaxtın Binəqədi rayonunun Baksol qəsəbəsi ərazisində insan skeletinin kəllə və 2 ədəd bazu sümüyünə bənzər sümüyün aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma başlanaraq, müvafiq ekspertizalar təyin edilib.