Azərbaycanda ləğv edilən qadağalar - SİYAHI + VİDEO
Bu gün Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı növbəti qərarlar elan edilib.
Nexeber.az xəbər verir ki, yumşaldılmaların bəziləri 2021-ci ilin mayın 31-dən və bəziləri isə iyunun 10-dan etibarən qüvvəyə minəcək.
Mayın 31-dən etibarən:
- Açıq havada maska qadağası ləğv edilir;
- Metro açılır;
- Rayonlara və şəhərlərə avtobusların fəaliyyəti bərpa edilir.
10 iyundan etibarən:
- Məscidlər açılır;
- İdman zalları açılır;
- Çimərliklər açılır;
- Mall-lar açılır.