İcra başçısı xanımına 500 minlik maşın alıb?
Bu, dezinformasiyadır. Şəxsi məsələ ilə bağlı olduğu üçün ətraflı cavab vermirik.
Nexeber.az xəbər verir ki, bu sözlər Axar.az-a Quba Rayon İcra Hakimiyyətindən bildirilib.
İH-in İnformasiya təminatı və təhlili sektorundan qeyd edilib ki, əslində bu məsələnin Quba İH ilə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Quba rayonunun icra başçısı Ziyəddin Əliyevin öz xanımına 500 min manatlıq avtomobil alması barədə fikirlər səsləndirib.