Yasamalda avtomobil ahıl qadını vuraraq xəsarət yetirdi
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1960-cı il təvəllüdlü Əsədova Qərənfil Oruc qızı yol gedərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.