Tovuzdakı hadisəyə DİN-dən kəskin reaksiya



 09:44 30.05.2021     475

Azərbaycan Daxili İşlər Nazirliyi Tovuz rayonunda baş verən hadisəyə münasibət bildirib.

Nexeber.az xəbər verir ki, bu barədə danışan Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a deyib:

“Hansı dövrdə yaşayırıq ki, belə hal baş versin?! Görüntülərin təqdimatından aydın görünür ki, polisə qarşı qərəz var. Yayılan görüntülərdə əks olunan iddiaların təfərrüatı araşdırılır, əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Tovuzda bir nəfərin polis şöbəsində fiziki təzyiqə məruz qalması nəticəsində öldüyü haqda video yayılıb.