Hava limanında vəzifəli şəxslər arasında dava oldu
Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.
Nexeber.az Report-a istinadən xəbər verir ki, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.
Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib.
A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir. İnsidentə polis müdaxilə edib.
Hazırda fakt araşdırılır.