DİN-dən növbəti müraciət: İctimai nəqliyyat...
Daxili İşlər Nazirliyi (DİN) Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Bakının mərkəzində hərəkətin məhdudlaşdırılması ilə bağlı vətəndaşlara müraciət edib.
DİN-in Mətbuat xidmətindən Nexeber.az-a daxil olan məlumatda deyilir:
"Məlumat verildiyi kimi, Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək məhdudlaşdırılıb.
Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tovsiyə edirik".