Ramiz Mehdiyev akademiki işdən çıxardı
AMEA-nın prezidenti Ramiz Mehdiyev Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovu vəzifəsindən azad edib.
Nexeber.az xəbər verir ki, bu barədə qafqazinfo.az-a akademiyadan məlumat verilib.
Bildirilib ki, Yaqub Mahmudov cümə axşamı işdən çıxmaqla bağlı ərizəsini yazıb. Hazırda isə təhvil-təslim prosesi gedir.
Məlumatda həmçinin qeyd edilir ki, Yaqub Mahmudov AMEA prezidentinin müşaviri təyin olunacaq.