Bakıda bu xəstəxanalar birləşdirilir



 09:37 03.06.2021     453

Bakıda daha bir neçə xəstəxana birləşdirilir.

Nexeber.az xəbər verir ki, “M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” “Xüsusiləşdirilmiş Angioloji Mərkəz”in ona qoşulması ilə yenidən təşkil olunur.

Bundan başqa, “K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” “Uşaq Nevroloji Xəstəxanası” və “6 nömrəli Uşaq Klinik Xəstəxanası”nın ona qoşulması ilə yenidən təşkil edilir.