Yevlaxda ağır qəza, ölən və xəsarət alanlar var


Yevlaxda ağır yol qəzası baş verib.
Nexeber.az APA-ya istinadən bildirir ki, hadisə Yevlax avtovağzalı yaxınlığındakı yol dairəsində qeydə alınıb. "VAZ 21015" markalı minik maşını "Mercedes-Vita" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.