Səhiyyə Nazirliyi valideynlərə çağırış etdi
"Valideynlər heç olmasa ildə bir dəfə övladlarını müayinədən keçirməlidirlər".
Demedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, məsuliyyətli valideynlər gələcəyin sağlam övladı, fərdi deməkdir: "Valideynlərlə yanaşı, uşaqlar da öz hüquqlarını bilməli, sağlamlıqlarının keşiyində dayanmalıdırlar".