Qanunsuz ov edən şəxs cəzalandırıldı
Qızılağac Milli Parkının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova axar.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Nefçala rayon sakini Məlik Abdullayev olduğu məlum olub.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.