Hərbçi bacısını öldürdü
Gəncədə baş verən qətlin bəzi təfərrütları məlum olub.
Demedia.az apa-ya istinadən xəbər verir ki, qardaş bacısını "Instagram"dan istifadə etdiyi üçün bıçaqlayıb.
O, bacısının boğazını kəsərək qətlə yetirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı ƏliAllahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.