Azərbaycanda zəlzələ oldu
İyunun 9-da Azərbaycanda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Nexeber.az-a bildirilib ki, zəlzələ yerli vaxtla saat 00:40-da Şahbuz stansiyasından 32 km qərbdə Şərur rayonunda qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub.
Zəlzələ hiss olunmayıb.