Qeyri-müntəzəm sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO



 11:34 23.01.2021     249

Sumqayıtdan Bakıya qeyri qanuni sərnişin daşıyan mikroavtobuslarda qiymət artımı müşahidə edilir. Sərnişinlər iddia edir ki, əvvəl 60 qəpiyə getdikləri yol üçün indi 80 qəpik ödəyirlər. Problemin həllində aidiyyatı qurumlarla bərabər sərnişinlərdə iştirak edə bilərlər. Dövlət Avtomobili Nəqliyyat Xidməti bunun üçün yalnız qanuni daşıyıcılara müraciət etməyi məsləhət görür.

Nexeber.az xezerxeber.az-a istinadən bildirir ki, Bakı-Sumqayıt üzrə həm qeyri-qanuni sərnişin daşıyırlar, həm də qiyməti artırırlar. Avtovağzaldan kənar sərnişin daşıyan sürücülər sərnişinlərdən gediş haqqı olaraq 80 qəpik tələb edirlər.

Avtovağzaldan kənarda, qeyri-qanuni sərnişin daşıyan mikroavtobus sürücüləri bunu yanacağın qiymətinin artması ilə əlaqələndirirlər.

Avtovağzalda isə qiymət artımı müşahidə edilməyib. Sərnişinlər 50 qəpik ödəməklə gedib-gəlirlər.
 
Qiymət artımı ilə bağlı "XəzərXəbər"ə açıqlama verən Dövlət Avtomobili Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, benzin və dizelin qiymətinin qalxmasından sonra marşurutlarda heç bir qiymət artımı olmayıb. Bunu qeyri-qanuni sərnişin daşıyanlar edə bilər ki, bu məslə də qurumun səlahiyyətlərindən kənardadır...

Sərnişinlərə tövsiyə olunur ki, pullarına qənat etmək üçün avtovağzaldan istifadə etsinlər.