Bakının 3 rayonunda SU OLMAYACAQ



 20:14 30.11.2023     246

Sabah Bakının bəzi rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumat yayıb.

Bildirilib ki, su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 30 noyabr saat 20:00-dan 01 dekabr səhər saatlarına qədər Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsində su olmayacaq.

"Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik", - agentliyin məlumatında bildirilib.