Bakıda karantin qaydalarını pozan məktəb direktoru işdən azad edildi



 12:33 11.06.2021     533

Bakı şəhəri, Sabunçu rayon 311 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib. 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Esmira Muradova işdə yol verdiyi nöqsanlara, fəaliyyətindəki uyğunsuzluğa və ərizəsi əsasında işdən çıxmaq istəyi nəzərə alınaraq tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, bir müddət əvvəl Oxu.Az saytı Sabunçu rayon 311 nömrəli tam orta məktəbin direktoru Esmira Muradovanın ölkədə elan edilən xüsusi karantin qaydalarını pozaraq, Novruz bayramı şənliyi təşkil etməsi barədə məlumat və fotolar yaymışdı.