"16-17 yaşında kimsə evlənmək istəyirsə, ona qadağa qoya bilmərik" - ŞOK



 10:40 20.12.2023     430

"Erkən nikahlar məsələsi elədir ki, qanunda nəzərdə tutulmuş yaş limiti insanlar tərəfindən normal qəbul olunmur. Bir çox ölkələrdə bu 16-17 yaşdır. Ona görə də bir çoxları tez evlənmək və ailə qurmaq istəyir. Evlənmək hər kəsin təbii haqqıdır. İkinci səbəb isə bəzən ailələrdə hər hansı bir hadisə ilə bağlı uşaqları tez evləndirməyə çalışırlar. Müəyyən ailə daxili vəziyyətlər və məsələlər var ki, övladları tez evlənmək məcburiyyətində qalır. Bir də görürük uşaqlar da buna maraqlı olur. Bu kimi hallar var".

Bu sözləri Sonxeber.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. Onun sözlərinə görə, digər tərəfdən isə statistikada tam dəqiq olmayan rəqəmlər mövcuddur. Rəsmi evlilik olmayan hallarda var:

"Ümumiyyətlə bu kimi hallara mütləq baxılmalıdır. Necə ki, min illər əvvəl insanlar gənc yaşda ailə qurublar. Onların bu hüquqları tanınmalıdır. Aydındır ki, müəyyən bir çərçivələr olmalıdır. 1 il məhdudiyyəti azaltmaq olar. Bir çox ölkələrdə var. Tərəflər fiziki və psixoloji cəhətdən hazır olmalıdır. Baş verən hadisələrə ciddi baxılmasa bu halların qarşısını almaq olmayacaq. Bir çox insanlar düşünür ki, daha erkən evlənə bilər. Bu cür düşüncəyə məntiqlə yanaşmaq lazımdır. İnsanın yaradılışının bir forması var və qanun bunun məntiqi ilə əsaslanmalıdır. Tərəflər əgər ata ana məsuliyyətini dərk edirsə evlənmək olar. Əks halda mümkün deyil. İnsanlar arasında maarifləndirmə işləri həyata keçirilməlidir ki, niyə 18 yaşa kimi evlənmək olmaz. Çünki qarşı tərəflər bunu anlamaq istəmir və bir elmi əsas olmalıdır".

Sosioloq bildirib ki, bəzən erkən nikahlarla mübarizə adı altında gender bərabərliyinin təbliğatını aparırlar:

"Birdə görürsən 30 yaşından yuxarı evdə qalırlar. Ailə qura bilmirlər. Son zamanlarda özü də boşanmaların sayında artım müşahidə olunur. Gənclər evlənə bilmir. Ona görə də bu təbliğat o qədər yaxşı effekt vermir. Təbii olaraq, hər şey öz vaxtında və normasında olmalıdır. Mən də əslində tərəfdarıyam ki, gənclər 20 yaşında ailə qursun. Amma burada bioloji tərəfdən yox, müasir dövrün reallığı, iş və təhsil məsələlərini tamamlayıb evlənəndə daha yaxşı olar. 16-17 yaşında kimsə evlənmək istəyirsə, onlara biz qadağa qoyanda sübut eləməliyik, əsaslandırmalıyıq. Mən hələ ki bu mövzuda əsaslandırılmış cavab eşitməmişəm. Nə psixoloq, nə alim 18 yaşdan aşağı evliliyi əsaslandıra bilir, nə də ki həkim bunu sübut edə bilib. İnsanların evlənmək hüququ var. Əgər hazırdılarsa, bu hüququ kim onların əlindən ala bilər. Bunlar ziddiyətli məsələlərdir. Burada birdəfəlik demək olmaz ki, biri tez evləndi, biabırçılıqdı. Belə şey olmur".

Elçin Bayramlı vurğulayıb ki, əgər zorakı evlilik olarsa, biz buna müqavimət göstərməliyik:

" İki gənc könüllü surətdə, öz razılığı əsasında 17 yaşında evlənmək istəyir. Fiziki, biloloji və psixoloji olaraq hazırdılar. İşi və gücü, hər şeyi varsa nəyi əsas göstərərək buna müqavimət göstərmək olar. Yaxud necə mane ola bilərik. Orası hələ mənə aydın deyil. Bu barədə elmi yaxud başqa bir nəticə göstərə bilən olmayıb. Ona görə, bu kimi məsələlərə iki tərəfdən yanaşmaq lazımdır. Hansısa bir təbliğata uyub gec evlənmək yaxşıdı deyə-deyə evlilikləri məhv etdik. Gənclərin yaş 30-a çatır və keçir, lakin, evlənə bilmirlər. Əvvəllər belə problem yox idi. Amma indi ailələr dağılır. Boşanmalar üzrə dünya liderliyinə çıxmışıq. Prosesləri görməliyik. Zorakı evliliyi və könüllü evliliyi qarışdırmamalıyıq. Onlar fərqli yanaşma tələb edir. Qanun buna əsasən hazır olmalıdır. Əks halda bu problemin öhdəsindən gəlmək çətin olur. Zorla insanlara hər şey qəbul etdirmək olmur".