“Bakıkart”ın istifadəsində problem yarandı



 23:58 20.12.2023     187

“Bakıkart” istifadəsində problem yaşanır.

Demedia.az xəbər verir ki, vətəndaşlar “Bakıkart” balansına mobil tədbiq vasitəsilə göndərdikləri vəsaitin hesaba oturmadığından şikayətlənir. Hətta ödənişin üzərindən bir neçə gün keçməsinə baxmayaraq, pul karta oturmur.

Qeyd edək ki, kart balansının artırılmasının online.bakikart.az internet platforması üzərindən həyata keçirilməsi bu ilin iyul ayından tədbiq edilib.