Ərdoğandan məcburi köçkünlərə çağırış
Qarabağ Zəfərindən kimsə narahat olmasın. Çünki bu Zəfər ədalətin, barışın, qəlbin Zəfəridir.
Nexeber.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağın hər küncünə sükut və ümid hakim olub:
“İnşallah sonrakı gəlişimizdə evlərindən didərgin düşən insanların yerlərinə qayıdışının sevincini yaşayacağıq. Onlara mən də çağırış edirəm. Sizin evləriniz bərpa olunur. Bir müddət sonra evinizə qayıdacaqsınız”.