Flora Kərimova Faiq Ağayevi HƏDƏLƏDİ: "Kökünü kəsərəm"



 21:35 26.12.2023     199

Xalq artisti Flora Kərimova qonaq olduğu proqramlardan birində illərlə küsülü olduğu Xalq artisti Faiq Ağayevlə münasibətlərinin kəskinləşməsi, bunun necə baş verməsi haqqında danışıb.

Demedia.az xəbərinə görə, Flora xanım tam səbəb açıqlamadan Faiq Ağayevi ittiham edib.

"Faiq Ağayev bir ara məni yenidən çimdikləmək istədi. Amma onu yerində oturtdum. Millət mənə sataşan adamlar haqqında elə kompromateriallar göndərir ki…

İnanmasam, sübut görməsəm, bütün övladlarımın canına and içirəm ki, ömrümdə ağzımı açmaram.

Sən Faiq, hansı vicdanla bunları söylədin. Və düşünmədin ki, mən səni pərt edərəm. Mən bunu çox yaxşı bacarıram. Sənin mənə olan planlarının, münasibətinin kökünü kəsərəm.

Niyə bunu etdin Faiq? Səni nə vadar etdi bunları etməyə? Səni nə vadar etdi ki, mən ağzımı açdım? Yalnız özümü müdafiə etmişəm. Heç zaman hücüm etməmişəm".

Qeyd edək ki, Faiq Ağayev və Flora Kərimovanın münasibətləri 10 il öncə gərginləşmiş, tərəflər bir-birləri haqqında xoş olmayan ifadələr işlətmişdilər.