10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəmə baxışı keçirilib - FOTO
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib.
İttiham aktına münasibət bildirən təqsirləndirilən şəxsin vəkilləri ittiham aktı ilə razılaşmayıblar.
Daha sonra Nərmin Quliyevanın atası ifadə verib.
Növbəti məhkəmə iclası iyunun 30-na təyin edilib.