Azərbaycanla sərhəddə Xomeyninin posteri - Foto



 12:24 17.06.2021     607

Araz çayının kənarında islam inqilabının lideri Aytullah Xomeyninin rəsmi yerləşdirilib.

Nexeber.az Axar.az-a istinadən xəbər verir ki, Xudafərinin əks tərəfində qoyulan poster Azərbaycan ərazisindən də aydın görünür.

Araz çayının güney sahilində çoxlu sayda İran bayrağı da asılıb.

Qeyd edək ki, İranda prezident seçkisi 18 iyunda keçiriləcək.