Cəlilabadda tələbə qızılcadan vəfat etdi



 21:32 04.01.2024     302

Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.

Rayonun Sabirabad kənd sakini İbayeva Sevil Cabbar qızı bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.//Report