Elvin Basqallının idarə etdiyi maşın qəzaya düşdü



 16:05 14.01.2024     310

Məşhur aparıcı Elvin Basqallının olduğu avtomobil qəzaya düşüb.

BiG.AZ xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir rayonunda aparıcının özünə məxsus olan maşın buzlu yolda idarəetməni itirib. Nəticədə avtomobil bir neçə də aşıb.

Qəza zamanı Elvin Basqallı ilə yanaşı, oğlu, anası və qardaşı da avtomobildə olub.

Əlavə məlumat veriləcək.