İlkin Həsəni xəstəxanaya yerləşdirildi



 14:00 27.01.2024     307

Aparıcı İlkin Həsəninin səhhətində problemlər yaranıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aparıcı paytaxtdakı klinikalardan birinə yerləşdirilib.

Xəbəri İlkin Həsəni saytımıza təsdiq edib. O bildirib ki, bir neçə gündür səhhəti ilə bağlı "Liv Bona Dea Hospital"da müayinələrdən keçir: "Çox şükür, ciddi bir problem yoxdur".