4 dəfə təmizlənən evdən 3 TIR zibil çıxdı



 23:28 31.01.2024     191

Aydının Nazilli rayonunda bələdiyyə qrupları eyni şikayət əsasında daha əvvəl 4 dəfə təmizlədikləri zibilxanaya yenidən gedib. 2 gündür çalışan qruplar 3 TIR zibil çıxarıb.

Demedia.az xəbər verir ki, sakinlər qonşulurarının evindəki pis qoxudan şikayət edib. Zəfər məhəlləsində yaşayan bir vətəndaşın evindən pis qoxuların gəlməsi bələdiyyə qruplarını hərəkətə keçirib. Qeyd edək ki, 5-ci dəfədir ki, həmin vətəndaşın evində təmizlik işləri aparılır.

Pis qoxu səbəbiylə təmizlik işləri aparmaqda çətinlik çəkən Təmizlik İşləri Müdirliyi işçiləri müəyyən aralıqlarla apardıqları təmizlik işlərini 2 gündə yekunlaşdırıb.

Təmizlik işləri başa çatdıqdan sonra ev mikrob və zərərvericilərə qarşı dərmanlanaraq qrupların fəaliyyəti ilə istifadəyə yararlı hala salınıb.