Palçıq vulkanının püskürməsi ilə bağlı nazirlikdən AÇIQLAMA - VİDEO



 17:35 24.01.2021     582

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun əməkdaşları Şamaxı rayonunun Quşçu kəndi ərazisində püskürən vulkanla bağlı müvafiq ölçmə işləri həyata keçiriblər.

Nexeber.az xəbər verir ki, qoruğunun direktoru Ceyhun Paşayev-a ölçmə işlərinin nəticəsi barədə açıqlama verib.

O bildirib ki, ərazidə bir neçə gün əvvəl seysmik aktivlik artığına görə, vulkan püskürməsi baş verib: “Ərazidə baş verən bu dəfəki vulkan püskürməsi nadir hal hesab olunur. Sərt süxurlar olduğu üçün fərqli-fərqli hündürlüklər qeydə alınıb. Vulkan üç hektar ərazini əhatə edib. Həcmi isə 27 min kub metrdir".

O əlavə edib ki, palçıq vulkanlarının proqnozlaşdırılması mümkün deyil: “Dünyanın 42 ölkəsində 2500-dən artıq palçıq vulkanı vardır. Azərbaycan ərazisində isə 350-dən artıq palçıq vulkanı qeydə alınıb. Palçıq vulkanları püskürən zaman təhlükəlidir. Bəzən hündürlüyü 500 metdən yuxarı olur, yerin dərin qatından bərk süxurlar əraziyə atılır ki, çox saylı çatlar əmələ gəlir”.