Taksi çağırdı, "Maybach" gəldi - VİDEO



 16:01 02.02.2024     189

Aktrisa Kamilə Babayeva paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi sifariş etdiyi taksini çəkərək izləyiciləri ilə bölüşüb. Kamilə videoda bildirib ki, çağırdığı taksinin modeli "Maybach" olub:

"Yalnız Bakıda "Maybach" taksi kimi gələ bilər. Sözüm yoxdur. Bakı reallığı. Bu şəhər bitməyən hadisələrlə və rəngarəng insanlarla doludur. 15 il əvvəl olsaydı, "besedkada" oturan qonşular qırğın qeybətə keçmişdilər".