Gəncədə oğul atasını baltaladı
Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Həsənqulu oğlu Məmmədova yaşadığı evdə baş nahiyəsindən balta ilə xəsarət yetirilib.
Demedia.az-ın məlumatına görə, hadisə Gəncə şəhər, Bayan küçəsi 119b ünvanında qeydə alınıb.
O, xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə, onun oğlu -1976-cı il təvəllüdlü Zaur Məmmədovdur.
O, hadisəni törətdikdən sonra hadisə yerindən qaçsa da aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.