Rüşvət tələb edən məktəb direktoru işdən çıxarıldı



 11:15 15.02.2022     468

Bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədova vəzifəsindən azad edilib.

Nexeber.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Oxu.az-a bildirilib.

"Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir. İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, bir müddət əvvəl M.Məmmədovanın müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edən səs yazısı yayılmışdı.