“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Nəsimidə keçiriləcək



 18:30 05.04.2022     175

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Nəsimi rayonunda təşkil olunacaq.

Bu barədə Demedia.az-a "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilir ki, Birliyin rəhbər şəxsləri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsində (Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Nəsimi rayonu üzrə xidmət sahəsi ilə üzbəüz) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” aprelin 7-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.