Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demedia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 141 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 143 nəfər müalicə olunaraq sağalıb, 9 701 nəfər vəfat edib. 297 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 230, bu günə qədər isə ümumilikdə 6 726 560 test icra olunub.