"Bunu edən gənc barədə ciddi addımlar atılmalıdır" - Deputat
"O videoları kütləvi yaymayın. Əgər düşünürsünüzsə ki, bununla yaxşı nə isə edirsiniz və ya bununla təhsilimizdə nəyisə düzəldəcəksiniz, yanılırsınız".
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib. O bildirib ki, bu eyni zamanda cəmiyyətimizin problemidir:
"Biz təlim və tərbiyə prosesinə yenidən baxmalıyıq. Nədən bəzi gənclər bu qədər aqressiv və digər gənclərə belə hörmətsiz yanaşmasını ciddi araşdırmalıyıq. Əslində Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində təlim-tərbiyə məsələsinə, bu məsələdə ailənin və məktəbin rolundan geniş bəhs etmişdi. Son baş verən hadisə bu məsələnin aktuallığını bir daha göstərdi. Eyni zamanda, bu hörmətsizliyi sərgiləyən gənc barədə ciddi addımlar atılmalı və cəmiyyətə ətraflı məlumat verilməlidir. Hazırda dövlət qurumları məsələni ciddi araşdırır. Nəticələr barədə daha geniş məlumatlar veriləcək".