Zərərçəkən uşağın valideynlərini hansı cəza gözləyir?



 15:40 20.02.2024     310

Xəbər verdiyimiz kimi, sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub.

Bəs həmin şagirdi hansı cəza gözləyir?

Mözvzu ilə bağlı BiG.AZ-a vəkil Ramil Süleymanov açıqlama verib.

O bildirib ki, bu hadisə əməl cinayət əməlidir.

"9-cu sinifdə oxuyan qızın alçaldılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 221.2.1-ci maddəsinin komponentlərini özündə daşıyır. 221-ci maddəyə görə, xuliqanlıq, ictimai qaydanın pozulması, cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən hərəkətlərin olunması, şəxslərin üzərində zor tətbiq olma, digər qərəzli hərəkətlər adı ilə qeyd olunub. Bu hərəkətlər 2 və daha çox şəxs tərəfindən törədildikdə isə 2 ilədək islah işləri, 3 ilədək azadlığın məhdudlaşdırılması tətbiq olunur. Ona görə cinayətin birbaşa iştirakçısı o videonu çəkən şəxsdir. 11-ci sinifdə oxuyan şəxs 16 yaşına çatmış sayılır və cinayət məsuliyyətinə cəlb oluna bilər. Eyni zamanda həmin azyaşlının alnına əxlaqsız ifadə yazılması, saçının kəsilməsi, başında yumurta qırılması hərəkətlərinə görə, həmin uşağın valideynləri tərəfindən şikayət edə bilərlər. Bu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tövsiv oluna bilər. Belə ki bu maddənin sanksiyasına görə, şəxsin barəsində 1000 manatdan 1500 manatadək və ya 6 ayadək azadlıqdan məhrum etmə tətbiq oluna bilər.

Qeyd edim ki, hadisəni törədən şəxsin valideynləri inzibati xətalar məcəlləsinin 189.4-cü maddəsinə əsasən, məsuliyyətə cəlb olunacaqlar. Bu şəxslərin ictimai təhlükəli əmıli törədilməsi səbəbləri bu valideynlər 60 manatdan 100 manatadək cərimə oluna bilərlər.

Yekun olaraq vəkil bildirib ki, zərərçəkən qızın hüquqlarını tamamilə təmənnasız qorumağa və tam hüquqi dəstək verməyə hazırdır.