Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxdu
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demedia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 204 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 259 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 755, bu günə qədər isə ümumilikdə 6 731 315 test icra olunub.