Yanğın zamanı 4 uşaq öldü
Qazaxıstanın Karaqanda vilayətinin Taldı kəndində yaşayış binasında baş verən yanğın nəticəsində 4 uşaq ölüb.
"Report" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə departamenti məlumat yayıb.
"Yanğın nəticəsində 4 uşaq ölüb. Hadisə baş verən zamanı uşaqlar evdə tək olub", - o bildirib.
Qeyd edilib ki, yerli hakimiyyət orqanları və əhali ailəyə lazımi köməklik göstərir. Faktla bağlı cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.