"Bu il qaz itkiləri 2,2 % azalıb" - Ruslan Əliyev



 12:01 08.04.2022     391

Bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İstehsalat Biliyinin qaz itkiləri 7,6 % təşkil edib.

Demedia.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin birinci rübü ilə müqayisədə 2,2 % azalma qeydə alınıb.

Bu ilin mart ayında isə qurumun qaz itkilərinin həcmi 9 % təşkil edib ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 1,8 % az olub.