Bakı metrosunda YENİLİK: İntiharların qarşısını almaq üçün...



 15:27 08.04.2022     337

"Bakı Metropolteni" QSC-nin şərti adı "B-04" olan yeni stansiyasında platforma ilə stansiya yolu arasında xüsusi təhlükəsizlik qapılarının quraşdırılması üçün infrastruktur olacaq".

Demedia.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"PSD (platform screen door) dediyimiz qapıların quraşdırılması üçün bu stansiyada hər cür şərait yaradılacaq. Bunu indiyə qədər inşa edilmiş stansiyalarda tətbiq etmək isə bu mümkün deyil. Çünki onlarda həmin qapıların hərəkətə gətirilməsi üçün infrastruktur yoxdur. Biz əvvəllər "28 May" stansiyasında araşdırmalar apardıq. Məlum oldu ki, həmin qapıları quraşdırmaq üçün latformanın aşağı hissəsi daha da möhkəmləndirilməlidir", - deyə o, qeyd edib.

Xatırladaq ki, hazırda Avropanın bəzi şəhərlərinin metrolarında, o cümlədən Rusiyanın Sankt-Peterburq şəhərindəki metroda təhlükəsizlik qapıları var.