Üç ildən artıq davam edən əmək müqaviləsi müddətsiz hesab oluna bilər



 14:21 29.02.2024     446

Üç ildən artıq davam edən əmək müqaviləsi müddətsiz hesab oluna bilər.

Demedia.a-zın xəbərinə görə, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Belə ki, ombudsman tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin (əmək müqaviləsinin müddəti) 5-ci bəndində “5 ildən” sözlərinin “3 ildən” sözləri ilə əvəz edilməsi təklif olunur.

Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.