“Azəriqaz” müayinə və texniki xidmət məlumatları üzrə reyestr yaradacaq



 15:55 08.04.2022     592

Prezident İlham Əliyev “Qaz təchizatı haqqında” qanunda edilmiş dəyişiklikəri təsdiq edib.

Demedia.az xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, qaz paylayıcısı (indiki halda Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi” müayinə və texniki xidmət məlumatları üzrə reyestr yaradır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

"Azəriqaz" ölkə prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla, müayinə və texniki xidmət məlumatları üzrə reyestrin yaradılmasını 4 ay müddətində təmin ettməli və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.