Sabahdan metronun "28 May" stansiyasının qarşısına giriş BAĞLANIR



 15:30 11.03.2024     228

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun "28 May" stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan ediləcək.

Demedia.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq.