Paşayeva “Cavad xan”ın ödülünü aldı - FOTO
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Cavad xanın kötücəsi, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun prezidenti Valid xan Ziyatlı və Fondun I vitse-prezidenti Müzadil Həsənovla görüşüb.
Nexeber.az xəbər verir ki, Komitə sədri Fondun həyata keçirdiyi və planlaşdırdığı layihələrlə tanış olub.
Söhbət zamanı bildirilib ki, Fond tariximiz, mədəni irsimiz, qəhrəmanlarımızın həyatının öyrənilməsi və təbliği sahəsində ardıcıl fəaliyyətlər həyata keçirir. Eyni zamanda 44 günlük Vətən müharibəsi dönəmində, xain düşmənin Gəncəyə raket zərbələrindən zərər çəkmiş ailələrə, ümumən şəhid ailələri və yaralı qazilərmizə dəstəyini əsirgəmir.
Valid xan Ziyatlı Qənirə Paşayevayanı “Cavad xan” Fondunun ödül və xatirə nişanı ilə təltif edib.
Q.Paşayeva isə Fond rəhbərliyinə Komitə adından təşəkkür məktubu və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.(axar.az)