Qazaxda qəzaya düşən səfirlik əməkdaşlarından yeni xəbər



 12:15 14.03.2024     301

Ötən axşam Gürcüstan səfirliyinə məxsus avtomobilin aşması nəticəsində xəsarət alan şəxslər öz ölkələrində olan xəstəxanaya göndərilib.

Demedia.az Report-a istinadən xəbər verir ki, Gürcüstan vətəndaşları - 1955-ci il təvvəlüdlü Xulordava Malxaz və 1956-cı il təvvəlüdlü Todua Yali Qazax Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımlar aldıqdan sonra Gürcüstanda yerləşən xəstəxanalardan birinə köçürülüb.

Xatırladaq ki, Gürcüstan səfirliyinə məxsus "Leksus" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonu İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı araşdırma davam edir.