Əmək pensiyasının minimum məbləğinin artırılması təklif edilir
Əmək pensiyasının minimum məbləğinin artırılması təklif edilib.
Demedia.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.
Onun sözlərinə görə, son illər bu sahədə dövlət tərəfindən mühüm tədbirlər həyata keçirib: "Ancaq imkan daxilində bu məsələnin diqqətdə saxlanılmasına ehtiyac var".
Deputat bildirib ki, ölkədə maliyyə və bankçılıq sahəsində dövlət tərəfindən də bir çox tədbirlər həyata keçirilib, qanunvericilik bazası daha da təkmilləşdirilib: "Əvvəlki illərlə müqayisədə kredit faizlərində azalma olsa da xüsusilə istehlak və biznes kreditlərinin faizlərinə yenidən baxılmasına ehtiyac var".