Qaz təchizatından kənar xətlə istifadə edən müəssisə - Video



 13:01 12.04.2022     296

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sayğacdan kənar qazdan qanunsuz istifadə edən sahibkarlıq obyekti aşkar ediblər.

Demedia.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Abşeron xidmət sahəsinin əməkdaşları aprelin 11-də yeraltı orta təzyiqli qaz xətti vasitəsilə sayğacdan kənar qazdan qanunsuz istifadə edən sahibkarlıq obyekti aşkar ediblər.

Əraziyə baxış keçirdikdən sonra həmin obyektin quşçuluq müəssisəsi kimi fəaliyyət göstərdiyini, müəssisənin istehsalat üçün təbii qazdan qeyri-qanuni birləşmə edərək istifadə etdiyi məlum olub. Bir daha bütün əhali və qeyri-əhali abonentlərinə müraciət edərək bildiririk ki, bu kimi qaz təchizatına kənar müdaxilə hallarına yol verən hər bir təsərrüfat subyekti haqqında fəaliyyət növündən asılı olmayaraq qəti və təxirəsalınmaz tədbirlər görüləcək.

Ətraflı video materialdan izləyə bilərsiz: