Cümə məscidində YANĞIN baş verdi



 00:35 26.03.2024     164

Martın 25-də axşam saatlarında Tbilisinin mərkəzindəki Cümə məscidində yanğın baş verib.

Demedia.az  xəbər verir ki, yanğın məscidin dəstəmaz alınan otağında qeydə alınıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Lakin yanğının elektrik xətlərində yaranan qısa qapanmadan baş verdiyi ehtimal olunur.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası alovun məscidin digər otaqlarına və ətraf binalara keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır. (Azərtac)